YARAT
Xəzər dənizi sahilində müasir incəsənətin əvəzolunmaz ünvanı – Yarat! Hər il "Yarat"da fərqli mövzulara toxunan onlarla sərgilər, tamaşalar, performanslar, ekspozisiyalar təşkil olunur. İndi əsl zamanıdır ki, "Yarat"ın təqdim etdiyi layihələrlə tanış olub, incəsənət dünyasına daha yaxın olasınız.
YARAT Müasir İncəsənət Mərkəzi, adından da məlum olduğu kimi, yaratmaq həvəsində, yeniliklər axtarışında olanlar üçün platformadır. İncəsənətdə baş verən ən son tendensiyaları məhz Yarat-da izləmək olar. Beynəlxalq rəssam və heykəltəraşların müasir əsərləri Mərkəzin bir neçə salonunda qonaqların ixtiyarına verilir.

Burada yalnız rəsm və heykəllər deyil, müxtəlif formatda instalyasiyalar, tamaşalar, performanslar da kifayət qədər maraq toplaya bilir. YARAT 2011-ci ildə rəssam Aida Mahmudova tərəfindən təsis olunmuşdur. Burada uşaqlar üçün dərnəklər də təşkil olunur.

Xəbər bülletenimizə abunə olun!
Ən son xəbərlərimiz və yeniliklər barədə məlumat almaq üçün sizi də abunə olmağa dəvət edirik.