İçərişəhər
Bakının tarixi mərkəzi İçərişəhərdə onlarla yerli və dünya əhəmiyyətli abidə mövcuddur. İçərişəhərin məscidləri, karvansarayları, hamamları, qüllələri, yaşayış binaları və ən əsası da qala divarlarının tarixi ilə tanış olaq və keçmişə birgə səyahət edək!
Bakının tarixi mərkəzi olan İçərişəhər YUNESKO tərəfindən qorunur. 12-ci əsr divarları ilə əhatə olunmuş və milli memarlıq inciləri ilə zəngin İçərişəhərin təkrarsız simvolu Qız Qalasıdır – bu tikilinin nəyə görə ucaldılması hələ də müəmmalıdır. İçərişəhərin ən yüksək yerində Şirvanşahlar Sarayı Kompleksi tikilib.

Əzəmətli Azərbaycan dövləti olan Şirvanşahların hökmdarlarının iqamətgahı məhz burada yerləşirdi. İçərişəhərin dar dolanbac küçələri, gözəl eyvanları və sıx tikilmiş binaları arasında hələ də yerli sakinləri görmək, onlarla söhbətləşmək olar. Bu küçələrdə onlarla film də səhnələşdirilib.
Xəbər bülletenimizə abunə olun!
Ən son xəbərlərimiz və yeniliklər barədə məlumat almaq üçün sizi də abunə olmağa dəvət edirik.