Muzey Mərkəzi
Bir binada bir neçə muzey! Tarix və mədəniyyət ilə maraqlanan hər kəs Muzey Mərkəzində yerləşən Dövlət Teatr tarixi, Musiqi mədəniyyəti və İstiqlal Muzeylərinə virtual tur edə bilər. Bu muzeylərə baş çəkərək ölkəmizin tarixinin müxtəlif məqamları barədə maraqlı məlumatlar əldə edin!
1991-ci ilə kimi Lenin adına Moskva Muzeyinin filialı məhz burada yerləşirdi. 1961-ci ildə memar Həsən Məcidov tərəfindən tərtib edilmiş bu bina hazırda Muzey Mərkəzi kimi fəaliyyət göstərir. Muzey Mərkəzi dörd mərtəbədən ibarətdir. Burada konfrans salonu, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi, Azərbaycan İstiqlal Muzeyi və C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə tanış ola bilərsiniz. Bina memarlıq üslubu ilə yerli insanların və xarici qonaqların diqqətini özünə cəlb edir.
Xəbər bülletenimizə abunə olun!
Ən son xəbərlərimiz və yeniliklər barədə məlumat almaq üçün sizi də abunə olmağa dəvət edirik.