Muğam Mərkəzi
Muğam Azərbaycan musiqisinin ayrılmaz tərkib hissəsidir. Qədim dövrlərdən bu günə kimi həssaslıqla qorunmuş və nəsildən-nəsilə ötürülmüş muğam bu gün də xalqımız tərəfindən dinlənilir. 2003-cü ildə Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. Siz də qəlbinizi muğamla şövqə gətirin!
Başlıca səciyyəvi xüsusiyyəti improvizasiya olan muğam Azərbaycanın ənənəvi musiqi janrlarından biridir. Muğam klassik və akademik incəsənət növü olsa da, məşhur aşıq nəğmələri, ritmi və ifa üsulları ilə eyni kökdən gəlir və bir çox məkanda ifa olunur. Azərbaycan muğamının müasir təsviri Azərbaycan tarixinin müxtəlif dövrlərini, eləcə də, farslar, gürcülər və digər türk xalqları ilə əlaqələrini əks etdirir.

Bu musiqi janrı İraqın Məqam, farsların Rədif və Türklərin Makam janrları ilə bədii xüsusiyyətlərini bölüşür. Keçmişdə muğam ənənəvi toy ziyafətləri və xüsusi başbilən məclisləri olmaqla iki dünyəvi tədbirdə ifa olunardı. Bundan başqa, bu musiqi növü Sufi təriqət üzvləri tərəfindən və taziyə, yaxud da,şəbih adlandırılan dini tamaşalarda inkişaf etdirilmişdir. Rəsmi və qeyri-rəsmi müsabiqələr usta musiqiçilərin nüfuz qazanmasına xidmət etmişdir. Muğam simli musiqi alətləri olan tar və kamança ilə yanaşı zərb çalğı aləti dəf ilə müşayiət olunan kişi və ya qadın müğənni tərəfindən ifa olunur.

Muğam musiqilərini vahid formada not yazılarına köçürmək mümkün olmadığından, hər bir muğam ifaçısı öz ifaçılıq variantını yaradır və muğam sənətində böyük rol oynayan variantlılığı qoruyub-saxlayacaq şəkildə öz tələbələrinə ötürür. Müasir dövrün musiqiçilərinin ifa və öz bacarıqlarını gənc nəsillərə ötürmə tərzindən aydın görünür ki, muğam sənəti bəzi estetik və ekspressiv xüsusiyyətlərini itirmişdir. Muğam dinləmək istəyirsinizsə, Azərbaycanın milli musiqi aləti olan tar şəklində dizayn edilmiş Beynəlxalq Muğam Mərkəzinə üz tuta bilərsiniz.
Xəbər bülletenimizə abunə olun!
Ən son xəbərlərimiz və yeniliklər barədə məlumat almaq üçün sizi də abunə olmağa dəvət edirik.