Müasir İncəsənət Muzeyi
Bakı daim incəsənət və mədəniyyətin mərkəzi olub. Bu gün də Bakı müasir incəsənətin beynəlxalq mərkəzlərindən biridir. Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dünyaşöhrətli rəssamlarla yanaşı, Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovun da dövrünü qabaqlayan işləri ilə tanış olun!
Müasir İncəsənət Muzeyi XX əsrin əvvəllərindən bu günə qədər Azərbaycanın görkəmli rəssamlarının yaradıcılığını təqdim etməklə bərabər, dünyanın bir çox ölkələrinin dahi rəssamlarının modern, avanqard və təkrarsız rəsm və heykəltəraşlıq əsərlərini sərgiləyir. Bu ekspozisiya izləyicini dərin düşüncəyə vadar edir. Daxili dünyaya baş vurmağa, özünlə təklikdə qalıb axtardığın suallara cavab tapmağa yardım edən əsərlərin hər biri incə zövqlə seçilib və xüsusi düşünülmüş ardıcıllıqla təqdim olunur.

Muzeyin konsepsiyası, memarlığı və dizaynının, instalyasiyasının, kolleksiya və ekspozisiya çeşidinin müəllifi rəssam Altay Sadıxzadədir. Muzeyin maraqlı cəhətlərindən birinin burada qapalı formaların olmamasıdır. Demək olar ki, tamamilə ağ rəngdə olan muzey əslində bir avanqard sənət əsəri hesab oluna bilər.

Xəbər bülletenimizə abunə olun!
Ən son xəbərlərimiz və yeniliklər barədə məlumat almaq üçün sizi də abunə olmağa dəvət edirik.