Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzi nəinki memarlıq incisi, həmçinin dünya incəsənətinin nümayiş olunduğu müasir salonlardan biridir. Burada hansı sərgiləri izləmək olar? Mərkəzin daimi və müvəqqəti sərgiləri, eləcə də performanslar barədə maraqlı çarxları izləyin və növbəti mədəni səfərinizi məhz Heydər Əliyev Mərkəzinə edin!
Azərbaycanın müasir memarlıq incilərindən biri olan Heydər Əliyev Mərkəzinin müəllifi dünyaşöhrətli memar Zaha Hadiddir. 2012-ci ildə tikilmiş Mərkəzin özünəməxsus və təkrarsız üslubu və forması bu gün də istər peşəkar memarlar, istərsə də sadə turistlər arasında xüsusi rəğbətlə qarşılanır.

Heydər Əliyev Mərkəzinin dalğaya bənzər forması ilə yanaşı, qonaqlara təqdim etdiyi çoxsaylı sərgi və ekspozisiyalar, konsert və tədbirlər yerli və xarici ziyarətçilərin diqqətini çəkir. Burada müasir rəssamların və heykəltaraşların əsərlərindən ibarət, həmçinin Azərbaycan tarixi, mədəniyyəti və məişətini əks etdirən sərgilər və Heydər Əliyevin həyatını nümayiş etdirən daimi ekspozisiya da mövcuddur. Bundan əlavə, kiçik bufet və klassik avtomobil kolleksiyası da var.
Xəbər bülletenimizə abunə olun!
Ən son xəbərlərimiz və yeniliklər barədə məlumat almaq üçün sizi də abunə olmağa dəvət edirik.