Plov
Azərbaycanın zəngin təbiəti, coğrafi mövqeyi və qonaqpərvər insanları milli mətbəximizin də rəngarəng olmasına səbəb olmuşdur. Dolma və plovun hazırlama və paylaşma ənənəsi YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına salınmışdır.
Siz də mətbəximizin dadlı təamları barədə geniş məlumatlar əldə edin!
Azərbayan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Belə ki, iqlim müxtəlifliyi nəticəsində formalaşmış təbii imkanlar, eləcə də mədəniyyətlərin qovşağında yerləşməsi milli mətbəximizi rəngarəng və unikal etmişdir. Hər bir bayram süfrəsinin şahı hesab olunan plovun 200-dən artıq bişirilmə qaydası mövcuddur.

Azərbaycanda olmuş məşhur səyyahlar, tarixçilər və ədiblər də öz xatirələrində dəfələrlə qeyd ediblər ki, onlar təmtəraqla qarşılanmış və digər bir-birindən dadlı təamlardan savayı onlara müxtəlif növ plov təklif olunmuşdur. Bu zaman vurğulanan digər milli yeməklərdən biri də dolmadır. 286 növü olan dolmanın hazırlanma və paylaşma ənənəsi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Azərbaycan ənənəsi kimi daxil edilib.

Ölkəmizin qonaqlarının milli mətbəximizlə tanışlığı adətən bərəkətli səhər yeməyi ilə başlayır, kabablar, müxtəlif sulu yeməklər, ləziz çörəklər, milli şirniyyatlarla davam edir.
Xəbər bülletenimizə abunə olun!
Ən son xəbərlərimiz və yeniliklər barədə məlumat almaq üçün sizi də abunə olmağa dəvət edirik.