Çovqan
Çovqan oyunu barədə nə bilirsiniz? Bu milli Azərbaycan oyunu YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Qarabağ atları üzərində oynanan çovqanı daha yaxşı başa düşmək üçün maraqlı videonu siz də izləyin.
Çovqan qədim Azərbaycan at yarışlarından biridir. Bu gün də ölkəmizdə çovqan yarışları keçirilir və bu ənənə qorunub saxlanılır. "Çovqan" sözünün mənası "çubuq ilə vurmaq" deməkdir. Forma cəhətdən müasir poloya bənzədiyi üçün polonun məhz çovqandan ilhamlanaraq formalaşdırıldığı düşünülür. Düz, otlu bir sahədə oynanan çovqanda hər komanda beş atlıdan ibarətdir.

Oyun sahənin mərkəzində başlayır və cəngi musiqisinin sədaları altında davam edir. Bu ənənəvi oyunu izləmək və komandalarına dəstək olmaq üçün hər yaşdan insanlar meydançalara üz tuturlar. Çovqanın özünəməxsus qaydaları, bacarıqları və üsulları təcrübəli oyunçulardan başlayaraq kollektiv təlim yolu ilə yeni başlayanlara ötürülür. Qeyd: çovqan oyunu videosundan istifadə edin.
Xəbər bülletenimizə abunə olun!
Ən son xəbərlərimiz və yeniliklər barədə məlumat almaq üçün sizi də abunə olmağa dəvət edirik.