Azərbaycan Xalça Muzeyi
Azərbaycan xalçaları bütün dünyada tanınır. Bu xalçalar barədə geniş məlumat almaq, onların üzərindəki elementləri anlamaq və tkilməsi qaydalarını canlı görmək üçün Xalça Muzeyinə virtual tur edin!
Dənizkənarı Bulvara gözəllik bəxş edən və ölkəmizin müasir memarlıq möcüzələrindən biri olan Xalça Muzeyi bükülmüş xalça şəklindədir! Burada dünyanın ən böyük xalça kolleksiyalarından biri (6000-dən çox!) toplanıb. Azərbaycan xalçaçılıq dünyasına səyahətə başlamaq üçün bundan yaxşı bir yer tapmaq olmaz.

Xalça muzeyində fərqli dövrlərdə tikilmiş və müxtəlif məzmunlarda olan xalçalarımızla tanış olmaqla yanaşı,xalçaların tikilməsini də izləyə biləcəksiniz. Xalçaların əsrlər boyu necə inkişaf etdiyini kəşf etmək və eyni zamanda, yeddi xalça məktəbinə məxsus yüzlərlə heyrətamiz nümunələrini müqayisə etmək istəyənlər Xalça Muzeyinə yollana bilər.
Xəbər bülletenimizə abunə olun!
Ən son xəbərlərimiz və yeniliklər barədə məlumat almaq üçün sizi də abunə olmağa dəvət edirik.