Bakı Olimpiya Stadionu
Qafqazın ən böyük stadionu olan Olimpiya Stadionu Beynəlxalq Hava Limanından şəhər mərkəzinə gələn hər kəsi möhtəşəm memarlığı və nəhəng ölçüləri ilə feyziyab edir. Burada artıq çox sayda irimiqyaslı tədbirlər keçirilib və qapılardan onlarla qol keçib. Siz də gələn futbol üzrə Avropa Çempionatının keçiriləcəyi stadionla yaxından tanış olun!
Böyükşor gölünün sahilində Qafqazın ən böyük stadionu olan Bakı Olimpiya Stadionu yerləşir. Stadionun tutumu 60 min nəfərdir. 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubileyi çərçivəsində stadionun ilk daşının qoyulma mərasimi keçirilmişdir. 4 ildən az müddətə tikilmiş bu nəhəng stadion 2015-ci ildə istifadəyə verilmişdir. Qısa müddət ərzində stadionda onlarla mühüm tədbir keçirilib. Bu sırada ilk Avropa Oyunlarının, həmçinin İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərini, futbol üzrə UEFA Avropa Liqasının final oyununu, beynəlxalq futbol qarşılaşmaları və digərlərini misal göstərmək olar.
Xəbər bülletenimizə abunə olun!
Ən son xəbərlərimiz və yeniliklər barədə məlumat almaq üçün sizi də abunə olmağa dəvət edirik.