Atəşgah
Bir vaxtlar zərdüştilərin sitayiş mərkəzlərindən biri olan Suraxanıda hindistanlı zəvvarlar tərəfindən tikilmiş Atəşgah bu gün minlərlə turist tərəfindən ziyarət olunur. Atəşgah məbədi və ətrafındakı otaqlara virtual tur edərək atəşpərəstlik barədə siz də maraqlı məlumatlar əldə edin!



Neft və qaz ehtiyatları ilə zəngin Bakının qeyri-adi təbiəti qədimdən bəri səyahətçiləri maraqlandırmışdır. Yer səthini örtən əbədi alovlar hər kəsi təəccübləndirirdi. Suraxanı kəndindəki bu təbiət hadisəsi minilliklər öncə zərdüştilərin sitayiş məkanı olmuşdur.

Bir neçə əsr sonra isə bu ərazilərlə təsadüfən tanış olan hindistanlı zəvvarlar yeni məbədin tikilməsinə qərar verirlər. 17-18-ci əsrlərdə tikilmiş Atəşgah məbədi 1880-ci illərə qədər atəşpərəst zəvvarların ziyarətgah yeri idi.

Bu gün Atəşgah açıq səma altında bir muzeydir. Atəşgaha baş çəkəndən sonra, turistlər adətən əbədi alovu seyr etmək üçün Məmmədli kəndindəki Yanardağı da ziyarət edirlər. 13-cü əsrdə Marko Polonun xatirələrində təsvir edilmiş bu təbii alov Yanardağa baş çəkənləri indiyədək heyran etməyə davam edir.
Xəbər bülletenimizə abunə olun!
Ən son xəbərlərimiz və yeniliklər barədə məlumat almaq üçün sizi də abunə olmağa dəvət edirik.